Tag - mitral qapaq darligi

genetik urek xestelikleri

Genetik ürək xəstəlikləri

Son araşdırmalar göstərir ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də genetik faktorlardır. Anadangəlmə ürək qüsuru olan şəxslərin müalicəsi isə çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül olduğu variantlarında dərman müalicəsi aparılsa da, əksər hallarda bu problem cərrahi yollarla da aradan qaldırılır.
Daha Ətraflı

Mitral prolaps

Mitral prolaps mitral qapaqların bir-biri ilə birləşdikdən sonra sol qulaqcığın içərisinə doğru çökməsidir və ya başqa sözlə desək, probelə etməsidir. Çox zaman bu anadan gəlmə olur və arıq insanlarda daha çox rast gəlinir. Əksər hallarda isə mitral prolaps diaqnozu düzgün qoyulmur. Mitral prolapsın öz xüsusi kriteriyaları var ki, müayinə zamanı bu kriteriyalar nəzərə alınmır və exokardioqrafiayalarda beş nəfərdən üçündə mitral prolaps aşkarlanır. Mitral prolapsın üç dərəcəsi vardır və mitral prolapsa mitral çatışmazlıq qoşulduqda ciddi fəsadlar yarana bilər. Xüsusən revmatizmi yüksək olan insanlarda mitral qapaqların prolapsı hər il exoqardioqrafiya ilə yoxlanılmalıdır. Çünki bu hal mitral qapağın darlığına, mitral qapaq çatışmazlığına gətirib çıxara bilər ki, bu da mitral qapağın cərrahi əməliyyatla dəyişdirilməsi ilə nəticələnə bilər.
Daha Ətraflı