Tag - mitral prolaps

Mitral prolaps

Mitral prolaps mitral qapaqların bir-biri ilə birləşdikdən sonra sol qulaqcığın içərisinə doğru çökməsidir və ya başqa sözlə desək, probelə etməsidir. Çox zaman bu anadan gəlmə olur və arıq insanlarda daha çox rast gəlinir. Əksər hallarda isə mitral prolaps diaqnozu düzgün qoyulmur. Mitral prolapsın öz xüsusi kriteriyaları var ki, müayinə zamanı bu kriteriyalar nəzərə alınmır və exokardioqrafiayalarda beş nəfərdən üçündə mitral prolaps aşkarlanır. Mitral prolapsın üç dərəcəsi vardır və mitral prolapsa mitral çatışmazlıq qoşulduqda ciddi fəsadlar yarana bilər. Xüsusən revmatizmi yüksək olan insanlarda mitral qapaqların prolapsı hər il exoqardioqrafiya ilə yoxlanılmalıdır. Çünki bu hal mitral qapağın darlığına, mitral qapaq çatışmazlığına gətirib çıxara bilər ki, bu da mitral qapağın cərrahi əməliyyatla dəyişdirilməsi ilə nəticələnə bilər.
Daha Ətraflı