Tag - oturmağın ziyanı

genetik urek xestelikleri

Genetik ürək xəstəlikləri

Son araşdırmalar göstərir ki, ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri də genetik faktorlardır. Anadangəlmə ürək qüsuru olan şəxslərin müalicəsi isə çox böyük səy və diqqət tələb edir. Belə ki, qüsurların yüngül olduğu variantlarında dərman müalicəsi aparılsa da, əksər hallarda bu problem cərrahi yollarla da aradan qaldırılır.
Daha Ətraflı

Oturaq həyat tərzinin ürəkdə yaratdığı fəsadlar

Böyük Britaniya alimlərinin oturaq həyat tərzinin ürəyə yetirdiyi ziyanlarla bağlı apardığı xüsusi araşdırmalarına əsasən oturaq həyat tərzi dərin venoz trombuna səbəb olur. Venoz trombu səbəbilə isə insanların ürək damarları tutulur ki, bu da ağır ürək xəstəliyinə gətirib çıxarır. Oturaq həyat tərzi piylənməyə də səbəb olur, piy isə öz növbəsində ürəyi qanla təmin etməyə mane olur. Bütün bunların nəticəsində çəki artır, çəkinin artması də qan təzyiqi artırır. Bu isə hipertoniya xəstəliyini qaçılmaz edir Buna görə də oturaq həyat tərzi  keçirən insanlar qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Onlar rasionlarına kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar daxil edilməli, meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir. Bununla yanaşı oturaq həyat tərzi qanda şəkər səviyyəsini artırır və bu şəkər xəstəliyinə səbəb olur. Oturaq həyat tərzinin törətdiyi xəstəliklərin qarşısını almaq üçün ilk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir heç olmasa beş dəqiqəlik fasilə etməli, istər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırmalıdırlar. İşinizi bitirdikdən sonra isə kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin. Ümumilikdə isə çalışın ki, heç olmasa qət etdiyiniz kişik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yüngül idman hərəkətləri, gəzmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq.
Daha Ətraflı