Qulaqcıqların fibrillyasiyası

Qulaqcıqların fibrillyasiyası, başqa sözlə səyirici aritmiya. Qulacıqların fibrillyasiyası ürək ritminin pozulması, sürətli ürəkdöyünmə ilə təzahür edir.
Bu, ürək sisteminin keçiriciliyinin pozulmasıdır. İmpuls bütün ürəyi əhatə etmək əvəzinə bir neçə dəfə qulaqcıqları qıcıqlandırır.
Bu nə ilə nəticələnir?
Qıcıqlanma ritminin belə pozulmasının nəticəsində ürək qanı keyfiyyətli qova bilmir. Nəticədə işemiya (orqan və toxumaların zədələnməsi və ya fəaliyyətinin pozulması), insult və ürək çatışmazlığı yaranma ehtimalı yüksəlir.
Daha Ətraflı

Peşəkar idman- xəstəlikdir

Məntiqsiz səslənsə də, bu doğrudan da belədir. Peşəkar idmançılar öz orqanizmlərini həddindən artıq yükləyirlər, nəticədə geri dönməz transformasiyalar baş verir.
Bəs bu, ürəyə necə təsir edir?
İlk olaraq ürək əzələsi yüklənməyə məruz qalır.
Ürəyi belə ağır yüklədikdə o, kifayət qədər qan axınını təmin etmək üçün hipertrofiyaya məruz qalır, yəni aşırı dərəcədə böyüyür.
Bunun nə kimi fəsadları ola bilər?
Nəticədə bradikardiya (sakit vəziyyətdə ürək yığılmalarının sayının azalması) yaranır. Ürəyin ölçüləri böyüdüyündən o, normal qan həcmini qovmaq üçün daha az sayda yığılmalıdır. Bu isə öz növbəsində, ürək ritminin pozulmasına və toxumaların sıradan çıxmasına gətirib çıxardır.
Daha Ətraflı

Gülüşün ürəyə təsiri

Gülüş ömrü uzadır və bunu yapon alimləri sübut etdilər.
2016-da yapon alimləri 20 min nəfərin iştirak etdiyi bir araşdırma aparmışdılar. Alimlər heç vaxt gülməyən insanların hansı xəstəliklərdən əziyyət çəkdiyini öyrənməyə çalışıblar. Məlum oldu ki, heç vaxt gülməyən insanlarda ürək-damar xəstəliklərinin yaranma riski 20% artır.
Gülüş ürəyə necə təsir edir?
  • Gülüş infarkt ehtimalını azaldır. Gülüş zamanı ürək ritmi sürətlənir-çünki bir neçə dəfə dərin nəfəs alırsınız. Bu, qan damarlarının işini yaxşılaşdırır-qan oksigenlə doyur və bədəndə aktiv şəkildə dövr  (sirkulyasiya) edir.
  • Gülüş arterial təzyiqi normallaşdırır. Gülərək, rahatlaşanda, işə endorfinlər daxil olurlar, "yaxşı" kimyəvi reaksiyalar işə düşür, həyəcan və gərginliyi aşağı salırlar.
Buna görə ən ağır həyat vəziyyətlərində belə gülməyi unutmayın. Bu problemlərinizi həll etməsə belə, sağlam bir ürək sahibi olacaqsınız!
Daha Ətraflı

İnsultu panik atakdan necə ayırmaq olar?

İnsult - dərhal xəstəxanaya yerləşdirilməsini və müalicənin başlamasını tələb edən kəskin beyin qan dövranının pozulmasıdır.
Panik atak - narahatçılıq və həyəcan vəziyyətidir.
Bu, ilk görünüşdən müxtəlif vəziyyətlərin simptomları çox oxşardır.
Ortaq olan nədir?
Həm insult, həm də panik atak vaxtı başgicəllənmə ola bilər, üzün və ətrafların keyiməsi,  əllərdə zəiflik, arterial təzyiqin artması, ürək fəaliyyətinin pozulması.
Onları necə ayırmaq olar?
Panik atak
  • Başgicəllənmə (sistemsiz) - "sərxoşluq" hissi, tarazlığı saxlamaq mümkün deyil, ləngər vurma. Panik atak zamanı məhs bu hisslər yaranır.
  • Keyimə - üz və ətrafların iki tərəfdən simmetrik keyiməsidir. Ağız keyimələrinə daha tez-tez rast qəlinir, amma eyni zamanda xəstələrdə nitq pozulması müşahidə edilmir.
  • Zəiflik - aydın bir lokalizasiya olmadan ümumi zəiflik vəziyyətidir.
  • Ürək fəaliyyətinin pozulması- ürəyin döş qəfəsindən "tullanacaq" kimi bir hiss.
İnsult
  • Başgicəllənmə - insanın ətrafında olan əşyaların və ya bədənin özünün müəyyən istiqamətdə (sağa və ya sola) dönməsidir.
İnsult vaxtı pasiyentlərdə koordinasiyanın pozulması müşahidə olunur-durmaq və düz xət üzrə yerimək, hansısa əşyanı götürmək mümkün olmur və s .
  • Keyimə və zəiflik;
İnsult zamanı yalnız bədənin yarısında keyimə müşahidə edilir-sağ və ya sol tərəf.
İnsult üzün keyiməsi, nitqin pozulması ilə müşayiət oluna bilər- dil normal fəaliyyət göstərə bilmir, xəstə sadə cümlələri tələffüz edə bilmir.
Ətrafların (əl-ayağın), sağ və ya sol tərəfdə keyiməsi, zəifliklə müşayiət olunur.
Amma unutmayın ki, təkrar sığortalanmaq həmişə yaxşıdır və insultdan şübhələndikdə dərhal həkimə müraciət etmək lazımdır.
Daha Ətraflı
siniq qelb sindromu

Ürəyi məhv edən sınıq qəlb sindromu

Son illərdə tez-tez eşidilən qırıq ürək sindromu, bədənin güclü stressə verdiyi cavabdır. Ürək böhranına bənzər tapıntılarla özünü göstərən bu xəstəliyi 1990-cı ildə Hiraru Sato kəşf edib və ona Takotsubo Kardiyomiyopatiyası adını verib. Bu ad, ürəyin sol hissəsinin sindromun inkişafı zamanı Yapon balıqçıları tərəfindən istifadə edilən ahtapot ovlayan qaba bənzəməsi ilə əlaqədardır. Sınıq ürək sindromuna stress kardiomiopatiyası və apikal balon sindromu da deyilir. Xəstəlik infarkt kimi inkişaf edir və xəstə kriz keçirmiş kimi hiss edir. Bu arada, xəstənin EKQ ölçmələrinin parametrləri və qan dəyərləri infarkt tapıntılarına bənzəyir. Həddindən artıq stress altında olan fərdlərdə daha çox görülən bu xəstəliyin ürək dayanmasına qədər ciddi fəsadları ola bilər.

Sınıq qəlb sindromu nədir?

Sınıq qəlb sindromu, yaxın birinin ölümü, tərk edilmə və ya ayrılıq kimi ağır stresslər nəticəsində yaranan müvəqqəti ürək xəstəliyidir. Şiddətli travma, cərrahiyyə və ya fiziki xəstəlik də sınıq qəlb sindromunun inkişaf ehtimalını artıra bilər. Bu sindromlu insanlarda qəflətən sinə ağrısı yaranır və xəstə infarkt keçirmiş kimi görünür. Sınıq qəlb sindromunun inkişafında ürəyin sol bölgəsində nasos funksiyasının müvəqqəti pozulması baş verir. Ürəyin qalan hissəsi normal və ya daha güclü şəkildə daralmağa davam edir. Dəqiq inkişaf mexanizmi bilinməsə də, bu sindromun ürəyin stress hormonlarının səviyyələrindəki dalğalanmalara reaksiyası səbəbindən meydana gəldiyi düşünülür. İnfarkt və sınıq qəlb sindromu tez-tez qarışdırılsa da, əslində aralarında əhəmiyyətli fərqlər var. İnfarkt adətən ürək damarlarının qismən və ya tam tıxanması nəticəsində yaranır. Bu maneənin səbəbi yüksək qan yağları və ya damarda əmələ gələn laxtalar səbəbindən inkişaf edən ateroskleroz ola bilər. Sınıq qəlb sindromunda damarlarda heç bir maneə yoxdur, lakin ürək damarlarında qan axını yavaşlayır.

Əlamətləri

Xəstəliyin ən əhəmiyyətli iki əlaməti sinə ağrısı və nəfəs darlığıdır. Sinə içində yüngül və ya şiddətli uzun müddət davam edən ağrı infarkt və ya sınıq qəlb sindromunun əlaməti ola bilər. Bu səbəbdən ciddi qəbul edilməli və həkimə müraciət edilməlidir. Çox sürətli və ya nizamsız ürək döyüntüləri, insanı dərindən təsir edən və ağır stresə səbəb olan hadisədən sonra nəfəs darlığı kimi hallarda gecikmədən xəstəxanaya müraciət etmək lazımdır. Bunlara əlavə olaraq, sınıq qəlb sindromunu göstərən digər simptomlar aşağıdakı kimi sıralana bilər:
  • Sol qolda və aşağı bölgədə ağrı
  • Tərləmə
  • Ürəkdə daimi sıxılma hissi
  • Yorğunluq, narahatlıq və stress
  • Nəzarətsiz və balanssız bədən hərəkətləri
  • Monofobiya
  • Baş ağrısı
  • Konsentrasiyada çətinlik
Daha Ətraflı