Şəkildə üstdə anormal, altda normal kardioqramma göstərilib. Üstdəki nümunədə ürəyin nizamsız, aralıqlarla atışı rahatlıqla görünür. Bu səyrici aritmiyadır. Aritmik xəstəliklərin ən çox yayılmış növü, xüsusən yaşlılarda daha çox gərünəni Səyrici aritmiyadır. Bu termin həkim olmayan səhifə oxuyucularına yad gələcək amma bir çox əlamətləri yəqin ki yaxınlarınızda, yaşlılarımızda rastımıza çıxır. Səyrici aritmiyada xəstələr ürəyin anidən titrəməsindən, vurub vurub dayanmasından, anidən başlayan nizamsız, elə bil quş pırıltısına bənzər döyüntüsündən şikayət edəcəklər. Bəzən döyüntü günlərlə keçmədiyi kimi bəzən də yarım saata və ya on dəqiqəyə öz özünə. yavaş yavaş sonlanacaq. Xəstələrin bir çoxu bunu böyük narahatlıqla qarşılayacaq, bir çoxu çox zəif hiss edəcək, bəzilərində isə adi kardioqramma və ya holter müayinəsi zamanı aşkar ediləcək. Bəs səyrici aritmiya nədir? Ürəyimizin çox vacib kameralarından biri də qulaqcıqlardır. Onlarda dediyimiz impuls yaranar və aşağılara ötürülər. Səyrici aritmiyada o impuls bir yerdə deyil, həddan artıq çox yerdən elektriklənməyə və nizamsız, xaotik şəkildə ürək boşluqlarında dövr etməyə başlayır. Ürək hər səfərində normal yığılmadığına görə onun boşluqlarında, divarlarda tromb əmələ gəlmə riski də artır, Ritm bir neçə vaxtdan sonra normala dönməyə cəhd göstərdikdə ürək bir dəfə möhkəm yığılır və boşluqda ya divardakı tromb müxtəlif yerlərə xüsusən də beynə sıçrayış edir. Yaşlı xəstələrdə qəfildən insult ( beyinə qan sızma) yaranmasının altında çox zaman səyrici aritmiya yatır. Xəstəliyin ilk başlayan dövrlərində onu normala döndərmək çox asandır və bu halda xəstəlik çox zaman bir daha geri qayıtmır, lakin xroniki hal aldıqda , ürək boşluqları böyüyüb ürək çatmamazlığına gətirib çıxartdıqda xoşagəlməz hallar qaçınılmazldır. Buna görə də vaxtında bizə müraciət edib, vaxtında lazımi medikal müaıicəni alıb istənməyən hallardan özünüzü və yaxınlarınızı qorumuş olarsınız.