Məqalələr

June 22, 2019

Ürək dörd boşluqdan ibarətdir və çox zaman sol mədəciyə ürəyin ən ciddi və xəstələndikdə qorxulu sahəsi kimi baxırlar, ancaq elə deyil. Ürəyin ən qorxulu şöbələrindən biri sağ mədəcikdir. Sağ mədəcik daxilindən müxtəlif qorxulu aritmiyalar çıxarmağa qadirdir və sağ mədəcik müxtəlif xəstəliklərə sahib ola bilir. Bunlardan da ən qorxulusu aritmogen sağ mədəcik displaziyasıdır, tibbi adı qısa şəkildə beynəlxalq dildə ARVD adlandırılır. Əksər hallarda irsi xarakter daşıyır və çox öldürücüdür.
BU yaxınlarda bu xəstəliyə tutulmuş bir pasient yanımıza göndərmişdilər . Daha doğrusu ilk bizə baş vurmuşdur. Daxil olarkən də qardaşında ( 22 yaşında) ani ölüm olduğunu, özündə də ara sıra döyüntülər olduğunu və bir neçə dəfə də özündən getdiyini söyləmişdir. Əslində elektrokardioqramması vardır, kardioqrammada ARVD xəstəliyinə işarələr var idi, ancaq biz exokardioqrafiya eləmişdik və burada sağ mədəciyin həqiqətən də normadan çox böyük olduğunu görmüşdük. Pasient MRT müayinəsinə yönləndirilmiş və orada diaqnoz təsdiqlənmişdir. Bu zaman hələ xəstəliyin ilk dövrlərində pasientdə ara sıra döyüntülər olduğundan dərmanlarla müəyyən nəticə əldə etmək mümkün olur. Daha sonra isə get gedə artan xarakterdə sağ mədəciyin içərisində fibroz toxuma, çağıqlar artır, hər biri potensial aritmiya ocağı hesab edilir. Xəstəliyin qeyri genetik növləri müxtəlif keçirilmiş xəstəliklərə bağlı olduğu düşünülür, lakin yenə də hansı səbəbdən olur olsun ürəkdə təsbit olundusa qəfləti ölümün qarşısını almaq üçün ürəkdaxili defibrilyatora ehtiyac duyulur.
ARVD nin diaqnoz alqoritmi exokardioqrafiya, daha sonra isə ürəyin MRT müayinəsidir. Hər böyümüş sağ mədəciyə ARVD diaqnozu qoyulmur.

 

June 22, 2019

June 21, 2019

Guman ki hava çatışmazlığını, nəfəs ala bilməmə hissini həyatınızda bir dəfə də olsa hər biriniz yaşamısınız. Gəlin birlikdə baxaq, nəfəs çatışmazlığı nədən yaranır, təhlükəsi varmı? Nəfəs alma aktı dəqiqədə 15 dəfə icra edilir və bütün orqanları oksigenlə təmin edir. Oksigen orqanizmə su qədər vacibdir, onsuz hüceyrələr məhv olmağa başlayır. Nəfəs çatışmazlığının bəziləri normaldır. İsti havada, dağa çıxdıqda, çox şiddətli əsəbdən, arterial təzyiq endikdə, fiziki hərəkətdə olan təngnəfəslik normal hesab edilir və qısa zamanda bərpa olunur. Ancaq tam normal halda birdən birə nəfəsiniz darıxmağa başladısa bu normal deyil və mütləq həkim kontrolu gərəktirir. Nəfəs çatışmazlığı ürək xəstəliklərindən, bronx ağciyər sisteminin xəstəliklərindən, allergiyadan, artıq çəkidən, nevrozdan, endokrin problemdən, qan azlığından və müxtəlif toksiki maddələrlə zəhərlənmədən yarana bilər. Düzdür, hər səbəbin nəfəs çatışmazlığı bir birindən fərqlənir. Ancaq bəzən də xəstəliyin kəskinləşməsi dövründə o qədər bir birinə bənzər olur ki birini digərindən fərləqndirmək çətin olur. Onu qeyd edim ki bronx ağciyər tutmaları çox zaman pristupşəkildə olur, öskürdür, göyərmə verir, ürək çatışmazlığına bağlı nəfəs darlığı hərəkətdə daha çox hiss edilir, həmçinin qan azlığına bağlı olan təngnəfəslik də həmçinin. Əsəbi nəfəs çatışmazlığı nəfəsi dərindən ala bilməməklə daha çox səciyyələnir, belə pasientlər çox əsnəyirlər. Bütün hallarda təbii ki diaqnozu və müalicəni həkim təyin etməlidir. Ürək həkimində təngnəfəsliyin səbəbini göstərən qızıl standart müayinə exokardioqrafiyadır.

November 22, 2018

Belə bir təsəvvür var ki, qəlyan suyun arasından keçdikdə onun tüstüsü təmizlənir və orqanizmə zərəri az toxunur. Buna əsasən də xüsusilə gənclər arasında getdikcə qəlyana tələbat artır. Analizlər göstərir ki, qəlyandakı tüstü siqaretin tüstüsü ilə demək olar ki, eynidir. Ancaq tərkibində 16-a yaxın polisiklik aromatik birləşmələr var ki, bunlardan da formaldehid, fenol, furan, bir sıra radioaktiv metallar və ultradispert hissələr var. Qəlyanın bir şaybasında olan nikotin 70 adi siqaretdəki nikotinə bərabərdir. Çox kanserogen hesab edilən benziprenin miqdarı isə hətta siqaret tüstüsündəkindən daha çoxdur. Karboksihemoqlobinin miqdarı qəlyanda 3.75 dəfə yüksəkdir. Bir siqaret çəkdikdən sonra orqanizmdə olan CoO2 miqdarı qəlyandan sonrakından xeyli azdır. CoO2 isə ürək qan-damar sisteminə məxsus xəstəliklərin törədicisidir. Bundan əlavə qəlyan çəkən cavanlarda müxtəlif forma aritmiyaların olması müşahidə edilir. İndi bir daha düşünün, həqiqətənmi qəlyan zərərsizdir? 🤔

November 7, 2018

Ürəkdə anadangəlmə Epşteyn anomaliyası adlı bir qüsur vardır. Epşteyn anomaliyası bütün ürək qüsurlarının 1 % təşkil edir. Bu patologiya ilk dəfə Epşteyn tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Bu qüsurda ürəyin sağ hissəsində yerləşən trikuspid qapaq lazım olan tirkuspid halqada deyil sağ mədəcikdə yapışmış şəkildə olur, bu zaman sağ mədəcikdə kiçilmə müşahidə edilir, sağ qapaqlar tam qapanmır və qapaq çatışmazlığı da olur. Bu xəstələrdə ritm pozuntuları, ürək çatışmazlığına çox rast gəlinir. Belə xəstələrin 30%-i uşaq yaşında vəfat edir, 50 yaşına qədər isə cəmi 5 % xəstə sağ qalır. Qəfləti ölüm halları təhlükəli aritmiyalardan ola bilər. 20 yaşlarda xəstələrin əksəriyyətində döş qəfəsində ağrılar müşahidə edilir. Müalicəsi çox zaman simptomatikdir. Əgər cavan xəstədə heç bir şikayət yoxdursa əməliyyat gərəkli deyildir. Ancaq təngnəfəslik, sianoz, ürək rtim pozuntuları varsa qapaq dəyişilməsi icra edlməlidir. Epşteyn anomaliyası illərlə özünü biruzə verməyə bilər. Buna görə ürəyin chekp-up müayinəsi və bu zaman icra ediləcək exokardioqrafiya müayinəsi hər birimiz və övladlarımız üçün çox əhəmiyyətlidir.